Hayal Kırıklığı

Güvənib başımı söykədim ancaq
Ağırlıq elədi çiyninə sənin.
Yüz ölçüb bir biçdim amma yenə də
Sevgim böyük gəldi əyninə sənin.

Adın gör nə qədər müqəddəs idi,
Öpüb saxlayardım gözlerim üstə.
Sevgin qayğısını çəkdiyim uşaq
Yuxuya gedərdi dizlərim üstə.

Səsindən bir ayrı huzur duyurdum,
Deyirdim elə bil azan səsidir.
Deyirdim, İlahi, bu səs dünyanın
Yəqin ki sonuncu möcüzəsidir.

Dünya bir yanaydı, sənsə bir yana
Mənimçün özəldin, özəl qalaydın.
Cəhənnəm, sevməyi bilmədin deyək
Bari xatirəmdə gözəl qalaydın.

Dilimdən düşməyən adını indi,
Dilə gətirməyə dilim gəlməyir.
Hər gun səni yazan qələmimi də
Ələ götürməyə əlim gəlməyir.

Sevmək ürək istər, cəsarət istər
Əsla qınamıram qaçdığın üçün.
Əksinə, təşəkkür borcluyam sənə.
Sağ ol, gözlərimi açdığın üçün.

Gec oldu birazca amma anladım
Əksik pazlları tapıb düzüncə…
Kəsdim hislərimin şah damarını
Sevgimi torpağa verdim az öncə.

 

 

Şunlar da hoşunuza gidebilir

Taştan Öte

ESMAR

AYNALARIN İHANETİ

Çoklu Karanlık

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak.